LU-MUN Holdinq və TİSA gələcəyə fayda verəcək şagirdlər yetişdirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

LU-MUN Holdinq və TİSA gələcəyə fayda verəcək şagirdlər yetişdirir - FOTO

10:00 - 18 / 11 / 2022
LU-MUN Holdinq və TİSA gələcəyə fayda verəcək şagirdlər yetişdirir - FOTO

Təhsil sosial məsuliyyətli gənclərin yetişdirilməsi üçün effektiv vasitədir, lakin real təcrübə olmadan bu təhsil çox vaxt nəzəri olaraq qalır və təcrübədə nadir hallarda tətbiq olunur.

Məktəblərin sosial məsuliyyətə üstünlük verməsi məktəb və məktəblilərin ətraf mühit və bütövlükdə cəmiyyətin mənafələrinə uyğun hərəkət etməsidir. Məktəblər şagirdlərinin real dünyanın ehtiyaclarını dərk etmələri üçün onlara yerli ictimaiyyətlə qarşılıqlı əlaqə imkanları təqdim etməlidir.

İB (International Baccalaureate - Beynəlxalq Bakalavriat) məktəbləri şagirdlərin dünyada müsbət dəyişiklik yarada biləcəklərinə inanır. Azərbaycan Beynəlxalq Məktəbində (TİSA) “sosial təsir” məktəbin gördüyü bütün işlərin ayrılmaz tərkib hissəsidir və bu, onların missiyasına və vizyonuna daxil edilərək “... Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərərək yerli və qlobal icmalarımızın düşüncəli, səxavətli və dayanıqlı üzvləri kimi iştirak etməyi...” hədəfləyir. İcma quruculuğu tədrisi TİSA-nın yüksək prioritetləri sırasında olduğundan, bu cür təlimlər tədris proqramı, eləcə də məktəbdən sonrakı fəaliyyətlərə inteqrasiya olunur.

Bu il TİSA-nın yerli icma ilə əlaqələri LU-MUN Holdinqin Korporativ Sosial Məsuliyyət (KSM) departamenti ilə qarşılıqlı tərəfdaşlıq sayəsində daha da güclənmişdir. Sentyabr ayında KSM mütəxəssisi Günel İsakovanın bütün orta məktəbə LU-MUN Holdinqin təşkil etdiyi bəzi sosial və ekoloji layihələr haqqında təqdimat keçirməsi ilə bu əlaqələrin əsası qoyuldu. Bu təqdimat həm şagirdləri, həm də müəllimləri ruhlandırdı. Bu bir başlanğıc idi.

LU-MUN Holdinqin dəyərləri, cəmiyyətimizdə və dünyada müsbət dəyişiklik gətirmək missiyası ilə TİSA məktəbinin missiyası və vizyonu tam uyğun olduğundan bu tərəfdaşlıq bir məna kəsb edir. TİSA və LU-MUN Holdinq arasında qarşılıqlı tərəfdaşlıq ötən il ərzində genişlənərək şagirdlərə yerli ictimaiyyətlə əlaqə saxlamağa və real dəyişiklik yaratmağa imkan verdi

TİSA hər fəaliyyətində cəmiyyətə geri töhfə verməyə çalışır. 2022-ci ilin aprel ayında “Moana Jr.” tamaşasını səhnələşdirmək vaxtı gəldikdə, Valideyn-Müəllim Birliyi (VMB) dərhal tamaşa vasitəsilə dəstəyə ehtiyacı olan icma üçün fayda verə biləcəkləri yol axtarmağa başladı. Komanda biletlərin satışından əldə edilən gəlirin bir hissəsini “Ümid yeri” uşaq sığınacağında məskunlaşan valideyn himayəsindən məhrum olmuş 23 uşaq üçün 4 günlük teatr dərslərinin təşkil edilməsinə ayırdı.

2022-ci ilin may ayında keçirilən TİSA Ümumməktəb Rəsm Sərgisində isə 1311 manat məbləğində vəsait toplanmış və Təmiz Dünya uşaq sığınacağında yaşayan 20 uşaq üçün YARAT Müasir İncəsənət Məkanında 4 günlük terapevtik təsviri incəsənət üzrə seminarlar keçirilmişdir.

Üçüncü sinif şagirdləri (P6) uşaq hüquqları ilə əlaqəli araşdırma aparırdı. LU-MUN Holdinqin nümayəndəsi müxtəlif hədəf qrupları və onların ehtiyacları barədə danışmaq üçün şagirdlərlə görüş təşkil etdi. Təqdimat o qədər təsirli idi ki, şagirdlər aztəminatlı uşaqların təhsilinə dəstək olmaq məqsədilə yürüyüş marafonu (walkathon) təşkil etdilər. Kampaniyada toplanan vəsait (2542 AZN) üç uşaq sığınacağında yaşayan 150-dən çox uşağa məktəb ləvazimatlarının alınmasına sərf edildi.

LU-MUN Holdinq nümayəndəsinin təqdimatından ilhamlanaraq 8-ci sinif və 7-ci şagirdləri İcma Layihəsi vasitəsilə 18-yaşına çatmamış, azadlıqdan məhrum olmuş gənclərə dəstək olmaq qərarına gəldilər. Bu əməkdaşlıq təşəbbüsü mərkəz üçün kitabların və stolüstü oyunların alınmasına, o cümlədən toplanan vəsaitlər hesabına özünü inkişaf etdirmə seminarlarının keçirilməsinə təkan verdi.

8-ci sinif (M3) tədris proqramının bir hissəsi olaraq yerli ekoloji problemləri öyrənirdi. “Təmiz Şəhər” və “Ecofront” nümayəndələri ilə birbaşa araşdırma apardıqdan sonra şagirdlər Azərbaycan dilində məlumat kampaniyasına başladılar. Onlar TİSA icmasından kənarda yerli icmada məlumatlandırma kampaniyasının aparılması üçün belə sessiyalardan faydalanacaq icmaya çatmaq məqsədilə LU-MUN Holdinqə müraciət etdilər.

İnanırıq ki, zaman keçdikcə daha çox məktəb müsbət dəyişiklik yaratmağa həvəsi olan gənclərin səsinə səs vermək üçün sosial layihələr/icma quruculuğunun tədrisini təbliğ edəcək və dəstəkləyəcək. İB məktəbi olaraq TİSA hər il iki əsas sinif səviyyəli layihə - 8-ci sinifdə (M3) icma layihəsi və 10-cu sinifdə (M5) fərdi layihə həyata keçirir. Bunlar hər iki sinif şagirdlərinə fərdi öyrənmə məqsədinə xidmət edən, həm də cəmiyyətə fayda vermək məqsədinə nail olmaq üçün qrup və fərdi şəkildə işləmək şansı verir. Hər il həyata keçirilən çoxsaylı layihələr, şagirdlərə həyati sosial bacarıqları öyrətməklə yanaşı, məlumatlılığı artırmaq və hərəkətə keçmək imkanı verir.

Sevindirici haldır ki, TİSA-nın güclü icma xidməti sistemi artıq digər yerli məktəblərdə də tətbiq olunmağa başlayıb; TİSA məktəbinin şagirdi Elisa Scalabre TİSA Fəaliyyət Şəbəkəsinin missiyasını (məktəb daxilində şagirdləri və layihələri birləşdirməyi hədəfləyən təşəbbüs) “Changemaker Baku” adlı təşəbbüs vasitəsilə Bakıdakı digər məktəblərə çatdırdı. Bu layihə Bakının dörd məktəbinin nümayəndələrini əhatə edir (məktəblərin sayı artmaqdadır), onlar yerli icmanın həyatında dəyişiklik etmək üçün resursları birləşdirir, şagirdlər, məktəblər arasında sinerji yaratmağa çalışırlar. Sentyabrın sonunda ilk sessiya keçirildi, bu sessiyada açılış bəyanatları verildi, fikir mübadiləsi aparıldı və LU-MUN Holdinqin KSM üzrə mütəxəssisi müzakirələri stimullaşdırmaq üçün dəvət olunmuş məruzəçi qismində çıxış etdi. Bu, daha geniş miqyasda fəaliyyət göstərmək istəyən Bakı şagirdləri üçün çox faydalı birliyin başlanğıcıdır.

Xidmət güclü liderlik bacarıqlarını inkişaf etdirir. LU-MUN Holdinq və Beynəlxalq Azərbaycan Məktəbi (TİSA) dövlət və özəl məktəbləri icmalarına töhfə vermək və müsbət dəyişiklik etmək üçün daha çox şagird cəlb etməyə çağırır.

Bu təşəbbüslərdən xəbərdar olmaq və LU-MUN Holdinqin keçirdiyi layihələrdə iştirak etmək üçün http://csr.lmh.az/ saytına daxil ola və ya [email protected] elektron poçtuna müraciət edə bilərsiniz. Holdinq haqqında ətraflı məlumatı http://lmh.az saytından əldə edə bilərsiniz.

Yazı TİSA məktəbindən Rebecca Greenwall və İnji Abdullayeva tərəfindən yazılıb və redaktə olunub

Reklam hüququnda

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər