Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var

13:55 - 19 / 11 / 2022
Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək", deyə Araz Əsgərli əlavə edib.

1news.az

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər