Azərbaycanda son sutkada 34 nəfər koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada 34 nəfər koronavirusa yoluxub

16:37 - 19 / 11 / 2022
Azərbaycanda son sutkada 34 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 421 nəfər müalicə olunaraq sağalıb, hazırda 230 aktiv xəstə var. Bu günə qədər 9 972 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 084, bu günə qədər isə ümumilikdə 7 355 336 test icra olunub.

1news.az

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər