AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Baş Prokurorluqdan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Baş Prokurorluqdan açıqlama

14:30 - 21 / 11 / 2022
AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Baş Prokurorluqdan açıqlama

Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.

71 yaşlı A.Aslanov 2002-ci ildən AZƏRTAC-ın baş direktoru, 2018-ci ildən isə İdarə Heyətinin sədri idi.

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər