“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

Qafar Ağayev18:49 - 21 / 11 / 2022
“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

“Nar”ın eşitmə məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə təşkil etdiyi “Təlim Məktəbi” sosial layihəsinin cari il üçün birinci mərhələsi başa çatıb.

3 ay davam edən təlimlərdə manikür ustası sənəti üzrə peşə biliklərinə yiyələnmiş 10 iştirakçıya sertifikatlar təqdim edilib. Təlim müddətində iştirakçılara manikür peşəsinə aid bütün biliklər və dırnaq üzərində dizayn işləri öyrədilib.

Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Təlimlərin istiqaməti daha çox əmək bazarında təlabat olan sahələr üzrə müəyyənləşdirilir.

“Təlim məktəbi” layihəsinin tərəfdaşı olan “Karlarа Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov layihənin önəmindən danışaraq vurğulayıb: “Bu layihədə tərəfdaş kimi çıxış etmək qürurvericidir, çünki “Təlim Məktəbi” layihəsi eşitmə məhdudiyyətli gənclərin həyatında köklü dəyişikliyə səbəb olur. Təlimdən keçmiş bütün iştirakçılara uğurlar arzu edirəm”. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov isə sözügedən layihənin gənclərin həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. “Bu təlimdə əldə etdikləri biliklər iştirakçılara manikür peşəsi üzrə sərbəst işləməyə, hətta öz bizneslərini qurmağa da imkan yaradır. Əsas məqsədimiz bu kəsimdən olan gənclərin monetar sərbəstlik qazanmasına dəstək olmaqdır” - deyə o bildirib.

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. “Nar”ın cəmiyyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi digər layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Reklam hüququnda

Paylaş:
327

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər