Şəhriyar Məmmədyarov uduzdu, 7-ci oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhriyar Məmmədyarov uduzdu, 7-ci oldu

10:13 - 21 / 11 / 2022
Şəhriyar Məmmədyarov uduzdu, 7-ci oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizəni başa vurub.

1news.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun sonuncu - yeddinci turunda Vyetnam təmsilçisi Le Kuanq Lyoma 1:3 hesabı ilə uduzub. Məmmədyarov 8 şahmatçı arasında yarışı 6 xalla 7-ci yerdə başa vurub. Hazırkı dünya çempionu Maqnus Karlsen 20 xalla turnirin qalibi olub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutmuşdu.

Paylaş:
174

Son xəbərlər

Bütün xəbərlər