İmişlidə it və tülkü qəzaya səbəb oldu, ölənlər var - FOTO

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində sürücü və sərnişin ölüb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə səhər saat 8 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndindən keçən hissəsində qeydə alınıb. İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan itlə tülkünü vurub və idarə etmədən çıxan avtomobil aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin - İmişli sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır








317