“NATO-nun ən yaxın tərəfdaşlarından biri Azərbaycandır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“NATO-nun ən yaxın tərəfdaşlarından biri Azərbaycandır”

15:19 - 22 / 11 / 2022
“NATO-nun ən yaxın tərəfdaşlarından biri Azərbaycandır”

"Həm Azərbaycan, həm də NATO beynəlxalq təhlükəsizliyə önəm verir və bunun üçün çalışır".

1news.az xəbər verir ki, bu sözləri "Davamlı Sabah üçün Qadınlar" mövzusunda beynəlxalq konfransda NATO Baş katibinin ictimai diplomatiya üzrə müşaviri Baiba Braze videoformatda çıxışı zamanı qeyd edib.

B.Brazenin sözlərinə görə Azərbaycan Ukraynaya ən çox dəstək olan ölkələrdən biridir:

NATO-nun yaxın tərəfdaşlarından biri Azərbaycandır. Münasibətlərimiz 1992-ci ilən başlayıb və hələ də davam etməkdədir. 1994-cü ildə Azərbaycan NATO-nun sülhməramlılar proqramına qoşularaq, Kosovaya göndərilən sülhməramlıların tərkibində təmsil olunub. Bununla da Azərbaycan və NATO arasında qarşılıqlı anlaşma hər zaman olub. Həm Azərbaycan, həm də NATO beynəlxalq təhlükəsizliyə önəm verir və bunun üçün çalışır", - deyə Braze vurğulayıb.

Aynurə Xudaverdiyeva

Paylaş:
287

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər