Sarıbaba yüksəkliyi istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sarıbaba yüksəkliyi istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO

Qafar Ağayev16:52 - 22 / 11 / 2022
Sarıbaba yüksəkliyi istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər