Beynəlxalq və şəhərlərarası sərnişin daşıması ilə məşğul olan sürücülərin NƏZƏRİNƏ - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq və şəhərlərarası sərnişin daşıması ilə məşğul olan sürücülərin NƏZƏRİNƏ - VİDEO

Qafar Ağayev15:44 - 23 / 11 / 2022
Beynəlxalq və şəhərlərarası sərnişin daşıması ilə məşğul olan sürücülərin NƏZƏRİNƏ - VİDEO

İcbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatı və sağlamlığı baxımından olduqca əhəmiyyətlidir.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu növ sığorta sərnişinə səfər zamanı zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.

İndiyə qədər beynəlxaq sərnişin daşıması ilə məşğul olan sahibkarların fərdi qəza sığortası şəhadətnamə vasitəsilə ilə fiziki qaydada yoxlanılırdı. İndi bu yoxlanış elektron informasiya sistemi vastəsi ilə həyata keçiriləcək. Prosesə nəzarəti isə Daxili İşlər Nazirliyi edəcək.

Beynəlxalq sərnişindaşıma ilə məşğul olan sahibkarlar bilməlidirlər ki, daşıdıqları sərnişinlərin fərdi qəza sığortası olmadıqda nəqliyyat vasitələri texniki baxışdan keçə bilməyəcək. Ona görə də texniki baxışa gəlməmişdən öncə icbari sığortanın olması vacibdir.

Bəzi sürücülər texniki baxış zamanı nəqliyyat vasitələrindəki nasazlıqları aradan qaldırmaq üçün onlara verilən 20 gün müddətinin son günündə avtomobillərini yoxlanışa gətirirlər. Bu da avtomobillərin texniki baxışdan keçirilməsində əlavə problemlər yaradır. Ona görə də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara nəqliyyat vasitələrindəki nasazlıqları vaxtında aradan qaldırıb texniki baxış üçün müraciət etməyi tövsiyə edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzləri hər gün səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün

012-590-71-13 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər.

Paylaş:
363

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər