Novxanıda 2 mərtəbəli ev yanıb

Abşeron rayonunun Novxanı kəndində yanğın olub.
FHN-dən 1news.az-a verilən məlumata görə, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə yanıb, yüksək temperaturdan tavanı 60 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
567