Döyüşlərdə iştirak etməyən şəxs özünü qazi kimi təqdim etdi, polis saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Döyüşlərdə iştirak etməyən şəxs özünü qazi kimi təqdim etdi, polis saxladı

Qafar Ağayev11:44 - 23 / 11 / 2022
Döyüşlərdə iştirak etməyən şəxs özünü qazi kimi təqdim etdi, polis saxladı

Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər