Bakıda oğlanlar toyda qabları sındırıb, masaları tərsinə çevirdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda oğlanlar toyda qabları sındırıb, masaları tərsinə çevirdilər

11:58 - 23 / 11 / 2022
Bakıda oğlanlar toyda qabları sındırıb, masaları tərsinə çevirdilər

Bakının Binə qəsəbəsində yerləşən şadlıq sarayında keçirilən toy mərasimində insident baş verib.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə noyabrın 19-da, axşam saat 22 radələrində qeydə alınıb. Qəsəbədəki şadlıq evində keçirilən toy mərasimi zamanı 2 nəfər mərasimə müdaxilə edib. Belə ki, 1995-ci il təvəllüdlü V.Abdullayev və həmyaşıdı N.Quliyev masaları çevirərək qab-qacaqları sındırmağa başlayıblar. Onların bu əməlindən sonra toy vaxtından əvvəl başa çatdırılıb.

Şadlıq evinin sahibi, 1971-ci il təvəllüdlü X.Baxşıyev baş vermiş hadisə və ona dəymiş ziyanla bağlı ərazi üzrə polis şöbəsinə müraciət edib.

Müraciətlə bağlı araşdırma aparılır.

Paylaş:
322

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər