Nərimanovda bağlamada silah-sursat aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda bağlamada silah-sursat aşkarlandı

12:04 - 23 / 11 / 2022
Nərimanovda bağlamada silah-sursat aşkarlandı

Bakıda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat tapılıb.

Bağlamada 2 ədəd avtomat silahı, 1 ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyən edilib.

Araşdırma aparılır.

Paylaş:
301

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər