Silk Way West Airlines donanmasını gücləndirmək üçün GE Aerospace mühərriklərini sifariş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Silk Way West Airlines donanmasını gücləndirmək üçün GE Aerospace mühərriklərini sifariş edib

12:15 - 23 / 11 / 2022
Silk Way West Airlines donanmasını gücləndirmək üçün GE Aerospace mühərriklərini sifariş edib

Silk Way West Airlines yeni sifariş olunmuş uzaq məsafəli Boeing təyyarələrini gücləndirmək məqsədilə GE Aerospace ilə ümumi sayı on altı olan GE9X və GE90 mühərriklərinin alışı üçün müqavilə imzaladı.

Dünyanın ən güclü modelləri olan yeni mühərriklər yanacaq sərfiyyatını azaltmaqla Azərbaycan yük aviaşirkətinin dayanıqlılıq məqsədlərinə töhfə verəcək.

Silk Way West Airlines bu yaxınlarda GE9X mühərrikləri ilə təchiz ediləcək iki Boeing 777-8F təyyarəsi aldığını elan etdi, həmçinin 2021-ci ilin aprelində sifariş edilən beş Boeing 777F təyyarəsi üçün əlavə GE90 mühərrikləri alacaq. Bu sifariş ümumilikdə beş GE9X və on bir GE90 mühərrikindən ibarətdir və daha sonra aviadaşıyıcının yük parkının modernləşdirilməsinə töhfə verəcək.

GE9X tarixin ən güclü təyyarə mühərriki və GE tərəfindən indiyə qədər istehsal edilən ən səssiz modeldir. Bu, GE90-115B ilə müqayisədə yanacaq sərfiyyatını on faizə qədər azaldacaq və bütün GE kommersiya mühərrikləri kimi, GE9X və GE90 da ekoloji cəhətdən dayanıqlı istənilən aviasiya yanacağı ilə işləyir. Beləliklə, yeni mühərriklər Silk Way West Airlines-ın əməliyyat göstəricilərini artırmaqla yanaşı, həm də onun yük daşımalarının davamlılığının artırılması strategiyasını dəstəkləyəcək.

İmzalanma mərasimində Silk Way Group-un prezidenti Zaur Axundov GE Aerospace ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq dedi: "Biz GE Aerospace ilə uzunmüddətli uğurlu əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu müqavilənin imzalanması əlaqələrimizin möhkəmlənməsini əks etdirir. Bunun sayəsində Silk Way West Airlines ən yüksək emissiya və səs-küy standartlarına cavab verən daha səmərəli donanma ilə davamlı gələcəyə inamla irəliləyəcək. Biz inanırıq ki, bu tərəfdaşlığın genişlənməsi uzunmüddətli davamlılıq strategiyamıza cavab verməyə, həmçinin ətraf mühitlə bağlı öhdəliklərimizi yerinə yetirməyə və dəyərli müştərilərimizə göstərilən xidmətləri daim təkmilləşdirməyə kömək edəcək."

GE Aerospace-in Kommersiya Mühərrikləri Əməliyyatları prezidenti və baş direktoru Keti MakKenzi dedi, “GE9X mühərriki öz sinfində bənzəri olmayan performans və yanacaq səmərəliliyinin kombinasiyasını təklif edir. Biz Silk Way West Airlines ilə əlaqələrimizi gücləndirməkdən qürur duyuruq, çünki onlar öz donanmasını yük əməliyyatları üçün modernləşdirməyə davam edirlər”.

Silk Way West Airlines şirkəti haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması alınması barədə razılığa gəlib. Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

GE Aerospace şirkəti haqqında

GE Aerospace qlobal xidmət şəbəkəsinə malik kommersiya və hərbi təyyarələr üçün reaktiv mühərriklər, komponentlər və sistemlər üzrə dünyanın aparıcı təchizatçısıdır. GE Aerospace və onun birgə müəssisələri 39.000-dən çox kommersiya və 26.000-dən çox hərbi təyyarə mühərriki bazasına malikdir və bu biznes aviasiyanın gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Reklam hüququnda

Paylaş:
502

Son xəbərlər

Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27
Bütün xəbərlər