"İnklüziv inkişaf, bərabərsizliyin azaldılması" - “Çıxışa doğru”da MÜZAKİRƏ

Əlilliyi olan şəxslərlə bağlı “Bərabərsizliyin azaldılması” mövzusu cəmiyyətdə öz aktuallığını genişləndirməkdədir.
Son illər ölkədə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsinin reabilitasiya xidmətləri ilə əhatə olunanların sayı dəfələrlə artıb. Əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası, abilitasiyası sahəsində sistemli tədbirləri nəzərdə tutan Fərdi Reabilitasiya və Abilitasiya Proqramları icra olunmaqdadır.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialı və sosial inteqrasiyasının dəstəklənməsində xüsusi rol oynayır.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "İnklüziv inkişaf, bərabərsizliyin azaldılması" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Pərvinə İsmayılova - DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru, Rəsmiyyə Sabir Abdullayeva - iqtisad elmləri doktoru, elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, "Əmək bazarı" işçi qrupunun və minimum istehlak səbəti ilə bağli işçi qrupunun üzvü, Kəmalə Talıbova - uşaq psixonevroloji mərkəzin direktoru, Gülşən Eminova - Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası kafedrasında baş müəllim, Orxan Əliyev - İctimai Televiziyanın əməkdaşi (fiziki məhdudiyyətli) və Bəxtiyar Məmmədov - "Bakı Metropoliteni" QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: