Şirvanşahlar Sarayı Kompleksində “Qurama” adlı kitabın təqdimatı baş tutub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanşahlar Sarayı Kompleksində “Qurama” adlı kitabın təqdimatı baş tutub - FOTO

Qafar Ağayev12:47 - 23 / 11 / 2022
Şirvanşahlar Sarayı Kompleksində “Qurama” adlı kitabın təqdimatı baş tutub - FOTO

22 noyabr 2022-ci il tarixində Şirvanşahlar Sarayı Kompleksində “Milli Qurama Festivalı” çərçivəsində “Qurama” adlı kitabın təqdimatı baş tutub.

1news.az xəbər verir ki, açılış mərasimində “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qonaqları salamlayaraq qurama sənətinin əhəmiyyətindən söz açıb. Həmçinin, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov, fotojurnalist Rza Diqqəti də çıxış edərək qurama sənətinin tarixindən, bu sənət növünün yayılmasında görülən tədbirlərdən bəhs ediblər.

İki dildə təqdim olunan “Qurama” adlı kitabın müəllifi "İçərişəhər" Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovadır.

Eyni vaxtda sərginin açılışı baş tutub.

Xatırladaq ki, 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Milli Qurama Festivalı” keçirilib.

Paylaş:
291

Son xəbərlər

Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14
Bütün xəbərlər