Bakıda yeni nişanlama xəttinin tətbiqinə başlanılıb – Sürücülər necə hərəkət etməlidir? - AÇIQLAMA - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yeni nişanlama xəttinin tətbiqinə başlanılıb – Sürücülər necə hərəkət etməlidir? - AÇIQLAMA - FOTO

Qafar Ağayev14:19 - 24 / 11 / 2022
Bakıda yeni nişanlama xəttinin tətbiqinə başlanılıb – Sürücülər necə hərəkət etməlidir? - AÇIQLAMA - FOTO

Ziya Bünyadov prospektindən Azadlıq prospekti ilə kəsişmədə yola yeni nişanlama xətlərinin çəkilməsi işlərinə başlanılıb. Bakıda ilk dəfə tətbiq edilən bu nişan sürücülərin çaşqınlığına səbəb olur.

Bəs görəsən bu nişan hansı məqsədlə qoyulub? Nişan sürücülərin hərəkət istiqamətində hansısa məhdudiyyətləri ehtiva edirmi?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Ziya Bünyadov prospekti boyunca o cümlədən həmin hissəsində də avtobuslar üçün xüsusi zolaqlar təşkil olunmaqdadır.

“Həmin ərazidə işlər tam yekunlaşmayıb. Nişanlanma xətləri çəkilib lakin müvafiq yol nişanları hələ qoyulmayıb.

Sarı boya ilə çəkilən nişanlanma ilə bağlı da bildirim ki, bu kəsişmədə tətbiq edilən sarı kəsişmə toru ilə eyni funksiyanı daşıyır. Digər nəqliyyat vasitələrinin həmin tora daxil olub istiqamət dəyişməsində və ya nişanlanma xətti boyunca hərəkətində hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə həmin torun üzəri burada da daim boş saxlanılmalıdır. Xüsusən də sıxlıq və tıxac halları zamanı buradakı torun üzəri boş saxlanılmalıdır ki, bunun da məqsədi avtobuslar maneə olmadan zolağını dəyişərək fasiləsiz hərəkətini təmin etməkdir. Bu nişanlanma xətlərindən dünya təcrübəsində də istifadə olunur”.

Həmin zolaqların dünya təcrübəsində tətbiqi ilə bağlı fotoları təqdim edirik:

Paylaş:
616

Son xəbərlər

Sabah yağış yağacağı ehtimalı var - PROQNOZBu gün, 12:28“Azərbaycan əhəmiyyətli inkişafa nail olub” - Dünya Bankının nümayəndəsiBu gün, 12:22Naxçıvana gedən avtobus reyslərinin sayı artırılıbBu gün, 12:04Qaradağda 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlandıBu gün, 11:58Hikmət Hacıyev: “Bakı Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”Bu gün, 11:55İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edibBu gün, 11:54Salyanda “Ford” su kollektoruna düşüb, ölən varBu gün, 11:31Bu il 6 yeni bağça fəaliyyətə başlayıbBu gün, 11:19Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edibBu gün, 11:09Milli Məclisə yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi daxil olubBu gün, 10:55“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıbBu gün, 10:41Bakıda məktəbli qız vəfat etdiBu gün, 10:39Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcəkBu gün, 10:37“BMT TŞ-nin iclası Ermənistanın və onun bəzi havadarlarının siyasətlərinin iç üzünü göstərib” - İCMABu gün, 10:30Yekun müsahibədə uğur qazanan hakimliyə namizdələrin adları açıqlanıb - SİYAHIBu gün, 10:19“Veysəloğlu” rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür-Yeni layihəBu gün, 10:05Dövlət Komitəsinin elan etdiyi “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsi davam edirBu gün, 10:00Turşu bağlayarkən səhvən sirkə içib öldüBu gün, 09:50Bakıda sürücüyə qarşı soyğunçuluq edilibBu gün, 09:45Azərbaycanda ilk dəfə Ümumdünya Məskunlaşma Günü tədbiri keçiriləcək - FOTOBu gün, 09:33
Bütün xəbərlər

Next TV