Nazir Azərbaycanda kişilərin ölümü ilə bağlı işə statistikanı açıqladı: “Tamamilə yanlış fikirdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Azərbaycanda kişilərin ölümü ilə bağlı işə statistikanı açıqladı: “Tamamilə yanlış fikirdir”

Qafar Ağayev13:05 - 25 / 11 / 2022
Nazir Azərbaycanda kişilərin ölümü ilə bağlı işə statistikanı açıqladı: “Tamamilə yanlış fikirdir”

Azərbaycanda kişilərin 47 %-nin 65 yaşına çatmadan dünyasını dəyişməsi ilə bağlı parlamentdə səsləndirilən fikir tamamilə yanlışdır.

1news.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

S.Şərifov bununla bağlı statistik rəqəmləri açıqlayıb. O bildirib ki, 2021-ci ildə 76 878 nəfər dünyasını dəyişib, onlardan 40 mindən çoxu kişilərdir. Nazirin sözlərinə görə, vəfat edən kişilərin 21 339 nəfəri 65 yaşdan yuxarı olub. “47 % anlamına yalnız bu göstərici uyğun gəlir. 5 milyon 74 nəfər kişi var, onların 6,7%-i 65 yaşından yuxarıdır, 93,3 % 65 yaşına çatmayanlardır”, - deyə nazir bildirib.

Paylaş:
300

Son xəbərlər

Bütün xəbərlər