Yasamalda narkotikə görə 61 nəfər saxlanılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda narkotikə görə 61 nəfər saxlanılıb - FOTO - VİDEO

14:36 - 25 / 11 / 2022
Yasamalda narkotikə görə 61 nəfər saxlanılıb - FOTO - VİDEO

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi, həmçinin ərazi şöbə və bölmələri tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirib ki, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddələr çıxarılıb.

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

"Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

1news.az

Paylaş:
445

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər