Nazir səs yazısı yayılan Nəcibə Axundovanın yenidən direktor olmasından danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir səs yazısı yayılan Nəcibə Axundovanın yenidən direktor olmasından danışdı

16:09 - 25 / 11 / 2022
Nazir səs yazısı yayılan Nəcibə Axundovanın yenidən direktor olmasından danışdı

Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə səs yazısı yayılan Nəcibə Axundovanın yenidən məktəb direktoru təyin olunması ilə bağlı suala cavab verib.

1news.az-ın xəbərinə görə, nazir bildirib ki, Nəcibə Axundova yenidən direktor təyin olunaraq ona ikinci şans verilib.

“Nəcibə Axundovanın fəaliyyəti bir il müddətində nəzarətdə saxlanılacaq”-deyə,nazir əlavə edib.

E.Əmrullayev deyib ki, direktorla bağlı narazılıq hər zaman olub və olacaq.

“ İstəyərik ki, Nəcibə Axundova budəfəki fəaliyyəti ilə öz nüfuzunu yenidən qaldırsın. Həmin direktorla söhbət aparılıb. Daha kiçik məktəbdə həmin xanıma ikinci bir şans verdik. Ümid edirik ki, cəmiyyət bu qərara hörmətlə yanaşacaq”.

Xatırladaq ki, Qalmaqallı səs yazısı ilə gündəmə gələn 45 nömrəli tam orta məktəbin sabiq direktoru Nəcibə Axundova , 523 şagird yerlik 34 nömrəli məktəbin direktoru təyin olunub.

Qafar Ağayev

Paylaş:
389

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər