“SOCAR”da yanacağın keyfiyyəti bə həcmi ilə bağlı nəzarət tədbirlərinə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“SOCAR”da yanacağın keyfiyyəti bə həcmi ilə bağlı nəzarət tədbirlərinə start verilib

Qafar Ağayev10:55 - 25 / 11 / 2022
“SOCAR”da yanacağın keyfiyyəti bə həcmi ilə bağlı nəzarət tədbirlərinə start verilib

“SOCAR Petroleum” QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsinin təmin olunması, məhsul və xidmətlərin təqdim edilməsi zamanı keyfiyyət tələblərinə riayət olunması məqsədilə ölkə ərazisində satılan yanacağın keyfiyyət və həcm normativlərinə əməl edilməsi üzrə nəzarət tədbirlərinə başlayıb.

Qurumdan 1news.az-a verilən məlumata görə, Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən “SOCAR Petroleum” QSC-yə məxsus neft terminalları və yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın keyfiyyəti və buraxılış həcmləri üzrə yoxlama tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bu çərçivədə saxlanma və daşınma da daxil olmaqla, satış zəncirində yanacağın keyfiyyətinin müəyyən edilmiş normativlərə uyğunluğunun müəyyənləşdirilməsi, həmçinin YDM-lərdə satış zamanı istismar olunan ölçmə vasitələrinin metroloji yoxlanılması və digər müvafiq fəaliyyətlərin icra olunması planlaşdırılır.

İstehlakçı hüquqlarının qorunmasına xidmət edən bu tədbirlər yanacağın istehsalı və ya idxalı prosesindən başlayaraq istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələləri əhatə edəcək.

Paylaş:
274

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18
Bütün xəbərlər