İstehsalatda baş verən bədbəxt hadisələr - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

İstehsalatda baş verən bədbəxt hadisələr - “Çıxışa doğru”da MÜZAKİRƏ

11:17 - 25 / 11 / 2022
İstehsalatda baş verən bədbəxt hadisələr - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycan Respublikasının Konstitusiyasında “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüququ təsbit olunmuşdur.

Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsi də işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququna təminat verir. Belə ki, ölkə ərazisindəki hər bir müəssisə, idarə və təşkilat mülkiyyət formasından aslı olmayaraq qanunvericilikdə əks olunmuş əməyin mühafizəsi normaları, prinsipləri və qaydalarına riayət etməyə borcludur. Qanunvericilik bununla əlaqədar işəgötürənlərin və mülkiyyətçilərin üzərinə müəyyən vəzifələr qoyur. Əməyin mühafizəsi normaları və qaydaları işçilərin, istehsalat təcrübəsi keçən tələbələrin, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların, məhkəmə hökmlərinin icrası ilə əlaqədar məhkumların, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir...

1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "İstehsalatda baş verən bədbəxt hadisələr" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Vüsal Məmmədov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri, Pərviz Qurbanov - Vəkillər Kollegiyasının üzvü, Günay Quluzadə - Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və Orxan Musayev - əməyin təhlükəsizliyi üzrə mütəxəssis, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
340

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər