Bakıda mənzildən 3 min manatlıq oğurluq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildən 3 min manatlıq oğurluq olub

12:55 - 26 / 11 / 2022
Bakıda mənzildən 3 min manatlıq oğurluq olub

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, paytaxtın Binə qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini Azər Rəhimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər