Azərbaycanda son sutkdada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 245 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 996 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə sayı 273 nəfərdir.
Ölkədə son sutka ərzində 652, hazırkı dövrədək isə 7 371 423 test aparılıb.
526