Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib

Qafar Ağayev12:08 - 28 / 11 / 2022
Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib

Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və riyaziyyat müəllimləri iştirak ediblər.

Forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva riyaziyyat fənninin əhəmiyyətindən danışıb və foruma maraq göstərdiklərinə görə iştirakçılara təşəkkürünü bildirib.

Riyaziyyatı fəlsəfənin özəyi adlandıran BŞTİ-nin müdiri Mehriban Vəliyeva rəqəmsal dünyada riyaziyyatın tədrisində yeni yanaşmaların vacibliyindən söz açıb. Qeyd edib ki, yeni dövrün çağırışları ilə ayaqlaşmaq, təhsildə inkişafa nail olmaq üçün beynəlxalq təcrübələrdən faydalanmaq lazımdır. İdarə müdiri vurğulayıb ki, istər nəzəriyyə, istərsə də praktik istiqamətlərdə həyata keçirilən inteqrasiyanın reallaşdırılması müəllimlik peşəsinin daim təkmilləşdirilməsini tələb edir.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu riyaziyyat müəllimlərinin şagirdlərin gələcək həyatlarında vacib rola malik olduğunu bildirib. Riyaziyyat müəllimlərinə dərin müşahidəçi olmağı tövsiyə edən nazirlik rəsmisi onlara tədris zamanı qrup işindən yararlanmağın əhəmiyyətindən danışıb. Nazirliyin son illərdə xeyli sayda riyaziyyat üzrə elektron dərsləri Azərbaycan dilinə tərcümə etdiyini deyən V.Yaqublu bu dərslərin nazirliyin rəsmi saytında yer aldığını qeyd edərək müəllimlərə həmin materiallardan yararlanmağı tövsiyə edib.

Tədbirin sonunda müəllimlərin əməkdaşlığını və peşəkar dəstək almaq ehtiyacını təmin etmək məqsədilə Bakının 12 inzibati rayonunun hər biri üzrə bir məktəb koordinasiya mərkəzi kimi seçilib. Sözügedən mərkəz məktəblərdə fəaliyyət göstərəcək koordinasiya qrupları ilə ayda bir dəfə toplaşaraq qarşıya çıxan problemləri müzakirə edərək həlli istiqamətində təkliflər verəcək.

Paylaş:
261

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər