Sumqayıtda obyektdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda obyektdə yanğın olub

Qafar Ağayev09:54 - 29 / 11 / 2022
Sumqayıtda obyektdə yanğın olub

Sumqayıt şəhərində obyektdə yanğın olub.

Bu barədə 1news.az-sa Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 2000 m² olan polietilen istehsalı sexinin sahəsi 200 m² olan bir bölümündə taxta atmalar 20 m² sahədə, 1 ədəd əritmə qurğusu və divara quraşdırılan elektrik lövhəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər