Maliyyə piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən şəxslərə hökm oxunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Maliyyə piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən şəxslərə hökm oxunub - VİDEO

16:02 - 30 / 11 / 2022
Maliyyə piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən şəxslərə hökm oxunub - VİDEO

Sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

1news.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Habil Bədəlov 1 il 6 ay, Yasin Əmirli 1 il 6 ay, Səbahir Fərzəliyev 1 il 6 ay, Amin Hüseynov 2 il və Əlövsət Mazandarov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyən edilib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib.

Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər 5 şəxs ətrafında əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamandan saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, onlar dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd-1”-ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər.

Müəyyən edilib ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər 5 nəfər istintaqa cəlb edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1news.az

Paylaş:
152

Son xəbərlər

Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsiBu gün, 22:21Sevinc Fətəliyeva: Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tuturBu gün, 20:44Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edildiBu gün, 17:512023-cü il Gənclər üçün Prezident mükafatları verilib - SİYAHIBu gün, 17:45Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilibBu gün, 17:45Fevralın 2-nə USD/AZN rəsmi məzənnəsi açıqlanıbBu gün, 17:41Satmaq öhdəliyi ilə verilən mənzillərin kirayəçilərinin cərimələnəcəyi hal müəyyənləşdiBu gün, 17:38Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 17:23Qalib Azərbaycanın intellektual və güclü gəncliyiBu gün, 17:19FHN Gəncədəki yanğınla bağlı məlumat yaydıBu gün, 17:13İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıbBu gün, 16:58Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldıBu gün, 16:45Peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:35Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxubBu gün, 16:32Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilibBu gün, 16:23Türkiyə-Naxçıvan sərhədi açılıbBu gün, 16:02Eldar İbrahimov yenidən Milli Məclisin İntizam Komissiyasının sədri seçilibBu gün, 15:52ANAMA sədrinə birinci müavini təyin olunubBu gün, 15:41Parlament sahibkarlıq sahəsində yoxlamaların daha 1 il dayandırılmasını təsdiqləyibBu gün, 15:11“Diskotekanı ölkəyə mən gətirmişəm” - Niyaməddin MusayevBu gün, 14:52
Bütün xəbərlər

Next TV