Sumqayıtda kişi bıçaqlanaraq öldürüldü - YENİLƏNİB

Sumqayıtda qətl törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən Aydın Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
O, saxlanılaraq istintaqa təhvil verilib.
11:05
Noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
1news.az