Siqaretin sağlamlığa mənfi təsiri - “Çıxışa doğru”da MÜZAKİRƏ

Siqaret çəkmək – ən çox yayılmış vərdişdir ki, insan orqanizminə böyük zərər gətirir və gələcək fəaliyyətinə maneə törədir. Siqaretdən sağlamlıq naminə imtina edilməlidir.
Bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur. Lakin ziyanın nə qədər böyük olduğunu insan dərk etməsə siqaretdən imtina edə bilməyəcək.
Sizlərə siqaretin verdiyi ziyandan söz açacağıq...
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Siqaretin sağlamlığa mənfi təsiri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Vüqar İskəndərov - Milli Məclisin deputatı, Fəhmin Əmirov - torakal cərrah, Ramil Əliyev - "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri və Xatirə Səfərova - klinik psixoloq, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: