Zərgər və onun ilham pəriləri - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərgər və onun ilham pəriləri - FOTO - VİDEO

15:10 - 02 / 12 / 2022
Zərgər və onun ilham pəriləri - FOTO - VİDEO

“9 İlham Pərisi” layihəsi italyan zərgəri Roberto Koinə ilham verən doqquz gözəl, uğurlu və istedadlı Azərbaycan qadınını bir araya gətirir.

Roberto Coin Zərgərlik Evinin tarixçəsi onun təsisçisinin taleyi kimi heyrətamizdir. O, Venesiyada anadan olub. Roberto Koin ona hər şeydə, o cümlədən memarlıq abidələrində, rəsm əsərlərində və insanlarda gözəlliyi görməyi öyrədən doğma şəhərini "açıq səma altında muzey" adlandırır. Koin dünya şöhrətli zərgər olmazdan əvvəl uzun müddət otel biznesində çalışıb. O, hətta 1970-ci illərin ortalarında zərgərlik biznesinə başladıqdan sonra öz dizaynına uyğun yaratdığı zinət əşyalarını digər şirkətlərə satırdı. İdeyalarının bolluğunu, əla zövqünü və gözəlliyi paylaşmaq arzusunu ilk növbədə özünə sübut etməsi üçün ona vaxt lazım idi.

Beləcə, 1996-cı ildə Viçenzada Roberto Coin brendi yaradıldı. Brendin təsisçisi deyir: “Mən həmişə brendimin digərlərindən fərqlənməsini istəmişəm. Bir çox şirkətlər müxtəlif qadınlara eyni zinət əşyalarını təklif edir, mən isə qadınların bir-birinə bənzəməsini istəmirəm. Mən qadınların bir-birindən fərqli zinət əşyalarını taxmasını görmək arzusundayam. Mən hər bir qadına seçim azadlığı, öz istədiyi kimi olmaq imkanı vermək istəyirəm”.

Qadınlar bunu dərindən hiss edir. Onların gücü, bənzərsiz cazibəsi və gözəlliyi Roberto Coin kolleksiyalarına ilham verir, məşhur zərgərlik dizaynerinin həyat təcrübəsi isə onların hər birinə yalnız öz həyatını deyil, bütün dünyanı yaxşılığa doğru dəyişməyə kömək edir. Azərbaycanın doqquz gözəl qadını Roberto Koinin ilham pərisinə çevrilib. Onlar özləri və məşhur italyan brendinin zinət əşyalarına olan sevgiləri haqqında danışırlar.

İlahə Əliyeva deyir: “Roberto Koin daim axtarışdadır. Onun köməyilə hər bir qadın öz şəxsiyyətini əks etdirən zinət əşyası tapa bilər. Roberto Koinin başqalarının görmədiyini görmək əzmi və istedadı, dəbə deyil, öz yaradıcı üslubuna olan sədaqəti onu digərlərindən fərqləndirir”. 17 yaşından aşpazlıqla maraqlanan İlahə nəhayət öz kulinariya master-klasları studiyasını açıb.

İlahə Əliyeva

Nərgiz Babayeva xeyriyyəçiliklə məşğuldur (ürək qüsurundan əziyyət çəkən 5346 uşaq onun fondu hesabına əməliyyat olunub) və hər zaman ziyafətlər təşkil etmək, qonaq qəbul etmək arzusunda olub. Artıq onun öz restoranı var.

Nərgiz Babayeva

Hədiyyə mağazasının təsisçisi Nərgiz İbrahimova Roberto Coin brendinin dizayn ideyalarının müxtəlifliyini bəyənir: “Bütün bunların hamısı birlikdə bir növ ziddiyyət təşkil edir, amma məncə, bu ziddiyyət hər bir qadında mövcud olmalıdır. İnsanın öz təbiətinin müxtəlif tərəflərini qəbul etməsi və ifadə etməsi çox vacibdir”.

Nərgiz İbrahimova

Ailəsinə zidd olaraq 21 yaşında diceylik təhsili almağa başlayan və özünü səhnədə dicey konsolu arxasında tapan Mira da zinət əşyalarının seçilməsində hər kəsin öz fərdi tərzinin olmasının vacibliyindən danışır.

Mira

Zarina Əhmədova özünü “Roberto Koinin yaradıcılığa olan sevgisində və hər bir insanı bir şəxsiyyət kimi təqdim etmək istəyində” tapır. 6 il əvvəl atasından fotoaparat hədiyyə aldıqdan sonra, o, çəkilişlərə maraq göstərib və gələcəyini məhz bu işlə əlaqələndirəcəyini anlayıb.

Zarina Əhmədova

Aysu Mirzəzadə uşaqlıqdan arzu etdiyi kimi keramika rəssamı olub və müştərilərdən hazırladığı qab-qacaqla bəzədilmiş süfrələrin fotosunu alanda özünü xoşbəxt hiss edir. “Roberto Coin brendinin dizaynları və mənim yaradıcılığım təbiətdən ilham alıb. Bu zərgərlik brendi öz zinət əşyaları ilə palitranı, fakturanı və zərifliyi duymağa kömək edir. Ümid edirəm, mən də öz məhsullarımda buna nail ola biləcəyəm”.

Aysu Mirzəzadə

Roberto Coin brendinin ilham pəriləri italyan zərgərinin hər bir əsərini bəzəyən və onun vizit kartına çevrilmiş məşhur qırmızı yaqutu da diqqətdən kənarda qoymayıb. Üzüyün və ya asqının içərisinə bərkidilmiş kiçik qırmızı korund zərgərin şəxsi imzası və Roberto Coin-in necə bir brend olduğunu bilənlər üçün gizli işarədir. Əfsanəyə görə, bu yaqut sahibəsinin dərisinə toxunaraq ona uğur gətirir. Yaqut haqqında fikirlərini bir vaxtlar həvəskar dizayner olmuş, hazırda isə özünün “Parcha” dəb studiyasını açmış Aysel Sadıqova paylaşır.

Aysel Sadıqova

Lənkəranlı müasir rəssam Fidan Əbilova Roberto Coin yaqutunun bu brendin bütün zərgərlik əsərlərini birləşdirən görünməz bağ olduğunu deyir: “Roberto Coin-in zinət əşyasını Azərbaycanda taxdıqda sanki dünyanın o başında bu brendin zinət əşyasını taxmış şəxslə əlaqədə oluram. Bu, mənim çox xoşuma gəlir”.

Fidan Əbilova

Mədinə Quliyeva süfrə bəzəməyi və rahatlıq yaratmağı hər şeydən çox sevir. Məclis təşkil etmək təklifi alanadək, o, evdə hazırladığı səhər yeməklərinin fotolarını sosial şəbəkələrdə paylaşırdı. O, dövlət strukturunda darıxdırıcı vəzifəsini sevimli iş və 40 min abunəçisi olan Cozy by Madi səhifəsi ilə əvəz edib. “Roberto Coin-in zinət əşyalarına baxanda bu zərgərin təxəyyülünün nə dərəcədə dərin olduğunu anlayıram. Roberto Koinlə görüşsəydim, ona yaradıcılığına, zinət əşyalarında gözəlliyi görmək imkanı verdiyinə və milli çiçəyimiz olan Xarı Bülbülü qiymətli daş-qaşlarla işlənmiş bəzək sancaqlarında təcəssüm etdirdiyinə görə təşəkkür edərdim”.

Mədinə Quliyeva

Bir zamanlar qadın gözəlliyi Roberto Koini həyatında köklü dəyişikliklər etməyə və zərgər olmağa vadar etmişdi. Hazırda isə onun zinət əşyaları gözəl qadınları yaradıcılığa, sevgiyə və yeni nailiyyətlərə ruhlandırır.

Layihə ilə ətraflı tanış olmaq üçün sayta keçid edin: www.9muses.az

Reklam hüququnda

Paylaş:
842

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər