Tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqləndi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqləndi - FOTO

09:38 - 02 / 12 / 2022
Tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqləndi - FOTO

Şəki Xan məscidi kompleksində bərpa işləri çərçivəsində aparılan qazıntılar zamanı tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqlənib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun dəstəyi ilə Avstriya, Böyük Britaniya, Estoniya və Türkiyədə aparılan tədqiqatlar və genetik analizlərin nəticələri, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyi deməyə əsas verir.

Belə ki, 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu Şəki Xan məscidi kompleksində bərpa işlərinə başlanılıb.

Bərpa işləri zamanı 2021-ci ilin iyun ayında mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşları aşkar olunub. O zaman həmin hissədə bərpa işləri dayandırılıb və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılıb, ekspedisiyanın apardığı tədqiqat və qazıntı işləri nəticəsində həmin hissədən qəbir aşkar olunub.

Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını yaradırdı. Bu ehtimallar, eləcə də Salman Mümtazın əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn olunmasına dair qeydlərin olması əsas götürülməklə aşkarlanan tapıntılar üzrə yoxlamalar aparılmışdı.

Heydər Əliyev Fondunun dəstəyi ilə aşkar olunan skeletdən nümunələr götürülmüş, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilmişdi. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar və genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbir Şəki xanı Məhəmmədhüseyn xana aiddir.

1news.az

Paylaş:
672

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər