Hiss ilk albomu ilə bizi fərqli bir planetə aparır: Bu da həmin planet

Azərbaycanın son dövrlərin ən məşhur və getdikcə yüksələn qadın müğənnisi Hiss ilk albomu ilə dekabrın 2-də tamaşaçıları ilə görüşür.
1news.az xəbər verir ki, "2022 Spotify Wrapped" göstəricilərinə görə, bir-birindən uğurlu mahnıları ilə 2022-ci ilin ən çox qulaq asılan qadın müğənni adını layiqincə qazanan Hiss ilk albomu ilə bizi fərqli bir planetə aparacaq.
Musiqisinin universallığını vurğulamaq istəyən Hiss 7 mahnıdan ibarət albomuna "Mars" adını verib və albomun əsas mahnısı da eyni addadır.
Hissin bu yeni albom haqqında sözləri belədir:
“Pandemiya dövrü mənə vaxt baxımından üstünlük yaratdı, özümə və musiqimə fokuslandım, yeni mahnılar seçdim və üzərində işlədim. Albomdakı mahnıların hər birinin öz hekayəsi var və hər birində özümü tapıram.
Mahnılarımı dinlədikcə hər mahnıda yeni Hiss kəşf edəcək və hər mahnımı fərqli hisslərlə dinləyəcəksiniz”.
Bütün platformalardan qulaq asmaq və izləmək üçün:
1news.az