Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs saxlanılıb

12:04 - 02 / 12 / 2022
Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs saxlanılıb

Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə metro stansiyalarında 2 sərnişinin mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Qarayusifli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər