COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb

11:22 - 03 / 12 / 2022
COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il yanvarın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.

1news.az

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər