Azad edilən ərazilərdə daha 52 partlamamış hərbi sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilən ərazilərdə daha 52 partlamamış hərbi sursat aşkarlanıb

13:03 - 05 / 12 / 2022
Azad edilən ərazilərdə daha 52 partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 52 partlamamış hərbi sursat aşkarlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, noyabrın 28-dən dekabrın 2-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 mina və 52 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 117 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1news.az

Paylaş:
452

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

15 / 08 / 2026, 17:59
Bütün xəbərlər