İsmayıllıda maşın ağaca çırpılıb, 8 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda maşın ağaca çırpılıb, 8 nəfər xəsarət alıb

14:43 - 05 / 12 / 2022
İsmayıllıda maşın ağaca çırpılıb, 8 nəfər xəsarət alıb

İsmayıllı rayonunda yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elxan Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
320

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər