FHN: “Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin axtarışları davam edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: “Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin axtarışları davam edir”

12:44 - 05 / 12 / 2022
FHN: “Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin axtarışları davam edir”

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin axtarışları davam edir.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 30-da 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun rayonun mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə nazirliyin "112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər