Valideyn biganəliyi - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Valideyn biganəliyi - “Çıxışa doğru”da MÜZAKİRƏ

23:58 - 06 / 12 / 2022
Valideyn biganəliyi - “Çıxışa doğru”da MÜZAKİRƏ

Bu gün valideynlərin uşaqlarına olan biganəliyi nəticəsində məişət zorakılığı halları insan alveri halları ilə tez-tez rastlaşırıq. Sadəcə cəmiyyət arasında yetəri qədər maariflənmə işinin aparılmasına hər zaman ehtiyac var.

İstər ailə, istər təhsil, istər cəmiyyət arasında birlik olmalıdır. Uşaq hüquqlarının qorunması, müdafiə olunması məsələsində qanunlarla yanaşı dövlət proqramları var.

Bu gün dilənçilik faktları da çoxdur. Səfil həyat yaşayan uşaqlar da var. Baxımsız şəraitdə müxtəlif səbəblərdən analarının, atalarının zərərli vərdişləri olan uşaqların müdafiəsi bu gün təkcə vətəndaş cəmiyyətinin deyil, eyni zamanda aidiyyəti dövlət qurumlarının da üzərinə düşür...

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Valideyn biganəliyi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Hacıbəy Heydərli - azxeber.com saytının baş redaktoru, Vaqif Hüseynov - "YOUTHMAP" xaricdə təhsil layihəsinin rəhbəri, Əli Vəliyev - manset.az xəbər portalının təsisçisi və baş redaktoru, İlhamə Mustafayeva - sosial psixoloq və Anar Qasımlı - vəkil, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər