Ənənəvi İncəsənət Mərkəzi - 10 il | 1news.az | Xəbərlər
Cəmiyyət

Ənənəvi İncəsənət Mərkəzi - 10 il

Qafar Ağayev16:42 - 07 / 12 / 2022
Ənənəvi İncəsənət Mərkəzi - 10 il

“İçərişəhər” DTMQ İdarəsinin nəzdində fəaliyyət göstərən Ənənəvi İncəsənət Mərkəzi 2012-ci ilin dekabr ayında ictimaiyyətə öz qapılarını açıb.

1news.az xəbər verir ki, Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə əməkaşlığın nəticəsidir.

Ənənəvi İncəsənət Mərkəzi 5 fərqli dekorativ tətbiqi sənət növündə (keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq) sənətkarlıq nümunələrinin hazırlandığı, bu növlər üzrə müxtəlif yaş qruplarına aid fərdi və kollektiv şəkildə ustad dərslərinin keçirildiyi incəsənət mərkəzidir. Mərkəzdə istedadlı və yaradıcı gənc rəssamlara ənənəvi sənətkarlıq növlərinin öyrədilməsi, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində təlimlər keçirilir. Burada qədim prinsiplərlə çağdaş dövr arasında vəhdətin qorunması əsas meyardır.

Ənənəvi İncəsənət mərkəzinin qədim emalatxanası, tarixi və mədəni irs ustadların ilham mənbəyi olaraq qalmaqdadır. Hazırlanan bütün sənətkarlıq nümunələri üçün təbii boyalar, ənənəvi üsullar istifadə olunur və bədii tərtibatlar mərkəzin dizaynerlər qrupu tərəfindən hazırlanır. Hər bir məhsulun dizaynı, hazırlanması ümumilikdə bir neçə ay davam edir. Bədii tərtibat üçün Azərbaycan ərazisində mövcud olan qədim dövr və orta əsrlərə aid memarlıq abidələrinin, dekorativ tətbiqi sənət nümunələrinin bədii xüsusiyyətləri nəzərə alınır.

Azərbaycanın hər bir bölgəsinin özünəməxsusluğu, milli ornament elementləri diqqətlə qorunub saxlanılır və zənginləşdirilir. Bu günə qədər ölkənin və onun bölgələrinin şanlı tarixinin müxtəlif dövrlərini əhatə edən sənətkarlıq nümunələrinə Şirvanşahlar dövrü, Naxçıvan, Qarabağ və Şəki Xan Sarayının ornamentləri daxil edilib. Sənətkarlıq nümunələrinin hər biri Azərbaycan xalqının zəngin və özünəməxsus tarixinə bir bələdçidir.

Hazırlanan sənətkarlıq nümunələri “Dastan” brendi ilə təqdim olunur.

Paylaş:
718

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTOBu gün, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİBBu gün, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olubBu gün, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulduBu gün, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıbBu gün, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandıBu gün, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?Bu gün, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edibBu gün, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edibBu gün, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam veribBu gün, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edibBu gün, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edibBu gün, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olubBu gün, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olubBu gün, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olubBu gün, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçiriliribBu gün, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilibBu gün, 15:59İqlim qəhrəmanları - FOTOBu gün, 15:56
Bütün xəbərlər