İçməli su təchizatı əhalini qane edirmi? - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

İçməli su təchizatı əhalini qane edirmi? - “Çıxışa doğru”da MÜZAKİRƏ

09:30 - 08 / 12 / 2022
İçməli su təchizatı əhalini qane edirmi? - “Çıxışa doğru”da MÜZAKİRƏ

Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olub.

Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. 1917-ci ildə Şollar-Bakı su təchizatı qurğuları istismara verilib. Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.

Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş ikinci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb.

1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "İçməli su təchizatı əhalini qane edirmi?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Samir Qənili - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin elektron idarəetmə və yeni texnologiyalar departamentinin rəisi, Rauf Zeyni - ictimai nəzarət mərkəzinin sədri, Anar Cəbrayıllı - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi və Rövşən Abbasov - Xəzər Universitetinin Departament direktoru, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər