İntihar edən 18 yaşlı qız hamilə imiş | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihar edən 18 yaşlı qız hamilə imiş

12:35 - 08 / 12 / 2022
İntihar edən 18 yaşlı qız hamilə imiş

Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edən 18 yaşlı qızla bağlı bəzi məqamlar üzə çıxıb.

1news.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, ilkin araşdırmalar zamanı Masallının kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Rüqayə Hüseynovanın intihar edərkən 5 aylıq hamilə olması məlum olub. Onun qeyri-rəsmi nikah münasibətində olduğu şəxsdən hamilə qaldığı bildirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Paylaş:
739

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər