Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb

Qafar Ağayev14:10 - 09 / 12 / 2022
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, dekabrın 8-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göyçay, Bərdə rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 4 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə kəsim qurğuları sökülüb, 4 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/3663 linkində tanış olmaq olar.

Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətlə məşğul olmamağa çağırır.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər