Nazir müavini: “Azad olunmuş ərazilərə 500-ə yaxın reys təşkil olunub” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: “Azad olunmuş ərazilərə 500-ə yaxın reys təşkil olunub”

Qafar Ağayev10:34 - 09 / 12 / 2022
Nazir müavini: “Azad olunmuş ərazilərə 500-ə yaxın reys təşkil olunub”

“Nəqliyyat sahəsində, xüsusilə sərnişin və yükdaşıma ilə bağlı davamlı işlər görülməlidir”.

1news.az xəbər verir ki, bunu şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı - biletim.az portalının təqdimat mərasimində Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Bütün bunlarla bağlı işlər görülür.

Son zamanlarda ən böyük islahatlardan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaradılması oldu. Burada əsas məqsəd əvvəlki illərdə olan fəaliyyətin daha da yaxşılaşdırılmasıdır, şəffaflaşdırılmasıdır. AYNA tərəfindən öz səlahiyyətlərinə aid olan işlərin icrasına başlanılıb. Cənab Prezidentin AYNA-nın yaradılması bağlı sərəncamında AYNA-nın informasiya sisteminin də yaradılması yer alıb. Bu istiqamətdə işlər görülür. Praktikaya baxdıqda, bu istiqamətdədə işlərin faydalı olduğunu görə bilərik. Buna nümunə olaraq yolumuzqarabağa.az portalını göstərə bilərik. İndiyədək portal vasitəsilə azad olunmuş ərazilərə 500-ə yaxın reys təşkil olunub” .

“Ölkə ərazisində bütün şəhər və rayona biletin əldə olunması üçün biletim.az portalı istifadəyə veriləcək” - deyə, R. Hümmətov əlavə edib.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər