Biləsuvarda iki gün əvvəl qətlə yetirilən şəxsin atası vəfat edib

Biləsuvarda iki gün əvvəl qətlə yetirilən Mehtun Qarayevin atası da vəfat edib.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xırmandalı kəndində qətlə yetirilən Mehtun Qarayevin atası Ramiz Qarayev dünyasını dəyişib. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, iki gün əvvəl 1985-ci il təvəllüdlü Cavad Eynulla oğlu Kazımov qisas məqsədilə, 1982-ci il təvəllüdlü Mehtun Ramiz oğlu Qarayevi baş və bel nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib.
1news.az
641