ANAMA: “Son həftədə 271 ha ərazi minalardan təmizlənib” | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: “Son həftədə 271 ha ərazi minalardan təmizlənib”

14:46 - 12 / 12 / 2022
ANAMA: “Son həftədə 271 ha ərazi minalardan təmizlənib”

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, dekabrın 5-dək 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, tank əlehinə 3 və 47 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 271 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1news.az

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər