“Evlidir, ayıra bilərik? – Əlbəttə!” - Dələduz falçı və cadugərlər “iş” başında - FOTO - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

“Evlidir, ayıra bilərik? – Əlbəttə!” - Dələduz falçı və cadugərlər “iş” başında - FOTO - ŞƏRH

Ayşən İsmayılova16:04 - 13 / 12 / 2022
“Evlidir, ayıra bilərik? – Əlbəttə!” - Dələduz falçı və cadugərlər “iş” başında - FOTO - ŞƏRH

- Bu sənin ərin deyil ki.
- Hə, mən istəyirəm, o mənim olsun.
- Axı abırlı qız “xalx”ın ərini sevməz. Xəttə bax. Görürsən?
- O nədir elə?
- Arvadı yenə hamilədir. Özü də düz 3 aylıq.
- Zəhra xanım, sizə yalvarıram, elə edin ki, o mənim olsun!
- Kim? Uşaq?
- Yox, atası, atası!
- Bir dayanın. Axı mən cadugər deyiləm.

Yəqin ki, “Yaşıl eynəkli adam” filmindəki bu epizodu xatırladınız. Ədəbiyyatın gah yumorla, gah da dramatik bir dillə ifşa və tənqid etdiyi falçılıq və cadugərlik istər dünyada, istərsə də ölkəmizdə haqqında bir çox filmlərin çəkildiyi mövzulardan biridir.

Cadugərlik, həmçinin cinlərlə, divlərlə, ruhlarla və b. fövqəlbəşər qüvvələrlə əlaqədar olan “peşə”lərin tarixi olduqca qədimdir. İnsanlar tarix boyu öz gələciyini öyrənməyə və taleyini istədiyi yöndə dəyişməyə çalışıblar. Bunun üçün müxtəlif üsullara əl atıb, fərqli yollar axtarıb və yeri gəldikdə kahin, sehrbaz və cadugərlərdən kömək umublar.
Hətta iş o yerə gəlib çıxıb ki, bu cür cadugələrin qarşısını almaq üçün onları diri-diri yandıraraq cəzalandırmağa başlayıblar. Diri-diri yandıraraq “cəzalandırma” üsulu bu gün bəzi qəbilələrdə hələ də qalmaqdadır.
Əsrlər keçsə də, Afrika hələ də cadugərlik və bununla bağlı ayinlər zamanı törədilən qətllərin ən çox baş verdiyi bölgələrdən biridir. Mərkəzi Afrika ölkələrində bir çox inanclara görə, albinos uşaqların doğulması çox pis əlamət hesab edilir və bu cür uşaqların bədəninin müxtəlif hissələrindən və orqanlarından sehr, cadu etmək kimi məqsədlərdə istifadə olunur.

Elm və texnika əsrində yaşamağımıza baxmayaraq, cəmiyyətimizdə falçı və baxıcılara inanan kifayət qədər insan var. Bəs ali təhsilli insanların belə falçı və cadugərlərdən mədət ummağının səbəbi nədir?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan sosioloq Əhməd Qəşəmoğlu probleminin cəhalətdən qaynaqlandığını qeyd edib:

“Cəhalət təkcə təhsilsizlər olduğu yerdə olmur. Ölkəmizdə kifayət qədər təhsilli insanlar var. Həmin cadugərə müraciət edənlər arasında ali təhsillilər, elmi dərəcəsi olanlar, professorlar çoxdur.

Əvvəla, bu cür cadugərlərin yanına getməyi dinimiz qadağan edir. “Qurani-Kərim”ə baxsaq, cadugərlərə müraciət edənlərə aydın şəkildə münasibət göstərilib ki, bu günahdır.

İkincisi, bu sahədə maarifləndirmə işi aparılmalıdı. Ey insanlar, bu cəhalətdir, belə şeylər etməyin” deyərək sadəcə hay-küy salmaqla heç bir nəticə əldə etmək olmaz. Bir insana “bunu et” yaxud “bunu etmə” deməklə nəticə hasil olmaz. Bunun üçün insanları inandırmaq lazımdır. Bizdə bu istiqamətdə maarifləndirmə işləri yoxdur, ona görə də belə şeylər baş verir. İnsanları inandırmaq lazımdır ki, bunu etmək insanlığa layiq olmayan bir işdir. Bu sahədə təsir etməyi bacaran 3-4 nəfər ola bilər. Amma fırıdaqçıların sayı olduqca çoxdur. Onların yanına gedənlərə demək lazımdır ki, bəxtə baxanlar, cadu yazanlar sizinlə işləyəndə sizin energetik sisteminizə də daxil olurlar. Bu zaman sizin energetik sisteminizdəki ahəngdarlığı poza bilərlər. Bu isə sizə ruhu, mənəvi, psixoloji zərbələr vura bilər.
Bizim bu sahədə fəaliyyət göstərən elmi mərkəzlərimiz yoxdur, heç bunu yaratmağı düşünən də yoxdur. Bax, problem buradan başlayır”.


Hazırda sosial şəbəkələrdə bu cür fəaliyyət göstərən n sayda səhifə var və onlarla əlaqə yaratmaq cəmi bir mesaj yazmaq qədər asan və əlçatandır.
1news.az-ın əməkdaşı bu cür bəxt açma, başqasınının ərini əlindən alma "xidmətləri" verən bir neçə səhifəyə yazaraq qiymətlərlə maraqlanıb. Araşdırmalarımıza əsasən məlum oldu ki, qiymətlər 10 manatdan başlayır və “xidmət”lərin növünə görə artan silsilə ilə davam edir. Həmin yazışmaları təqdim edirik:

Sosial şəbəkələrdə insanların inamından istifadə edən bu cür səhifələrin fəaliyyəti və əlçatanlığı ilə bağlı ilə 1news.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev belə səhifələrin nəzarətdə olduğunu söyləyib.
“Bunlar qanunsuz xidmət hesab olunur. Bununla bağlı vətəndaşlara müraciət və xəbərdarlıq etmişik ki, bu cür səhifələrdən gələn təkliflərə cavab verməsinlər. Belə səhifələrə daha çox həssas insanlar müraciət edirlər. Həmin şəxslər də onlara müraciət edənlərin həssas nöqtəsindən tutub öz neqativ əməllərini reallaşdırırlar. Bu səhifələr nəzarətdədir. Bununla bağlı müraciət daxil olarsa, polis əməkdaşları tərəfindən dərhal əməliyyat-texniki tədbirlər həyata keçirilir və bu neqativ əməl sübuta yetirilirsə, həmin şəxslər məsuliyyətə cəlb olunur, barələrində qanuna müvafiq tədbir həyata keçirilir.


Bununla bağlı sosial şəbəkələrdə səhifələr çoxdur. Qanunsuz xidmət və neqativ təkliflər təkcə falçılarla bağlı deyil. Məsələn, narkotik vasitələrin təklifi. Tərəfimizdən keçirilən araşdırmalarda məlum olub ki, bu cür səhifələr ölkə xaricindən idarə olunur. Gərək vətəndaşların özləri də məsuliyyət daşısınlar və belə təklifləri qəbul etməsinlər. Onlar kiçik də olsa, bir məbləğ istəyirlər, sonda da, təbii ki, heç bir nəticə olmur. İstənilən halda bu cür neqativ əməllərlə məşğul olan şəxslər barəsində tərəfimizdən araşdırmalar aparılır. Bütün səhifələr nəzarətdədir”.

Paylaş:
4298

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər