“Yüksəliş”in iştirakçısına yüksək vəzifə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş”in iştirakçısına yüksək vəzifə verildi

15:10 - 13 / 12 / 2022
“Yüksəliş”in iştirakçısına yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom”) rəhbərliyinə yeni təyinat olub.

1news.az “Report”a istinadən xəbər verir ki, şirkəin baş direktoru vəzifəsinin icrası Elçin Niyazova həvalə edilib.

1986-cı il təvəllüdlü E.Niyazov həm də “Azeronline” MMC-nin baş direktoru, “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

"Baktelecom"un keçmiş baş direktoru Nail Mərdanov ötən həftə nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbərliyinə gətirilib.

1news.az

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər