Bakının Qaradağ rayonunda bu il 20 kilometr uzunluğunda küçə təmir olunub - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu il Bakının Qaradağ rayonunda ümumi uzunluğu 19,6 kilometr olan 13 küçədə təmir işləri aparıb.
1news.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir olunan yolların 8,43 kilometri Lokbatan, 5,1 kilometri Qızılbaş, 3,2 kilometri Sahil və 2,9 kilometri Qobustan qəsəbəsinin payına düşüb.
Xatırladaq ki, ötən il Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb.







586