ABŞ nümayəndəsi ANAMA əməkdaşları ilə görüşdü - FOTO
ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara ANAMA-nın Göygöl Regional Mərkəzində ANAMA-nın təlimatçıları ilə görüşüb.
1news.az xəbər verir ki, bu haqda Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi paylaşım edib.
Qeyd olunur ki, Qevara ANAMA-nın təlimatçıları ilə torpaq altında olan maneələrin xüsusi radarlarla təchiz edilmiş ABŞ istehsalı olan detektorların istifadəsinə dair, eləcə də partlayıcı sursatların zərərsizləşdirilməsi ilə bağlı keçiriləcək təlimləri müzakirə edib.
"ABŞ minalardan təmizləmə fəaliyyətinə və ölümcül partlayıcı sursatların təmizlənməsinə texniki dəstək verir. Bu səylər insan təhlükəsizliyinin gücləndirilməsində və köçkün icmalarının öz evlərinə qayıtmalarına və həyatlarını təhlükəsiz şəkildə bərpa etmələrinə imkan yaratmaqda mühüm rol oynayır", - deyə paylaşımda qeyd olunub.